Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

""Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi ABŞ-ın maraqlarına uyğundur"

""Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi ABŞ-ın maraqlarına uyğundur"

Date: 28 November 2016 08:32

Azərbaycan hökumətinin və onun tərəfdaşlarının "Cənub Qaz Dəhlizi" üzrə güclü dəstəyi sayəsində layihənin bütün əsas hissələrinin icrasında əhəmiyyətli irəliləyiş əldə olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.

A.Hokstayn bildirib ki, bura "Şahdəniz" qaz yatağının və Cənubi Qafqaz boru kəmərinin istifadəsinin genişləndirilməsi, həmçinin Transanadolu və Transadriatik boru kəmərlərinin tikintisi daxildir: "Bütün bu layihələrin həyata keçirilməsi nəticəsində ilk qaz Türkiyəyə 2018, Avropaya isə 2019-2020-ci illərdə çatdırılmalıdır".

Departament rəsmisi qeyd edib ki, ABŞ hökuməti bu strateji layihəyə dəstək verməkdə davam edir: "Cənub Qaz Dəhlizi"nin mühüm xüsusiyyətlərindən biri də layihənin miqyasının artırılması imkanının olmasıdır. İlkin mərhələdə bu dəhliz üzrə ildə 16 milyard kubmetr qaz tədarük etməyin mümkün olacağına baxmayaraq, onun buraxılış qabiliyyəti Azərbaycan və ya İraq, Türkmənistan, Şərqi Aralıq dənizi kimi digər mənbələrdən əlavə qaz həcmləri hesabına artırıla bilər".

A.Hokstaynın sözlərinə görə, bu, "Cənub Qaz Dəhlizi"nin Avropa İttifaqının enerji tədarükü mənbələrinin şaxələndirilməsi üzrə səylərinə əhəmiyyətli töhfə vermək potensialına malik olmasından xəbər verir: "Məhz buna görə xüsusi elçi kimi mən bu layihəni dəstəkləyirəm".

Onun fikrincə, əlçatan və etibarlı enerji resursları iqtisadi artımın, müvafiq olaraq şaxələndirmənin fundamental elementidir: "Diversifikasiya isə öz növbəsində, millətlərin enerji təhlükəsizliyinin əsas elementidir. "Cənub Qaz Dəhlizi" Avropanı yeni qaz tədarükü marşrutları və mənbələri ilə təmin edəcək ki, bu da qitə üçün əsas enerji mənbələrindən biri olacaq. İqtisadi baxımdan güclü və enerji təhlükəsizliyinə daha çox malik Avropa ABŞ-ın marağındadır. Bu, "Cənub Qaz Dəhlizi"ni qətiyyətlə dəstəkləməyimizin səbəblərindən biridir".

Xüsusi elçinin sözlərinə görə, digər tərəfdən, "Türk axını"nın ikinci xətti (əgər təsdiq edilsə və Rusiya Avropa ilə əlavə müqavilənin imzalanmasını təmin etsə) Avropaya daha böyük həcmdə Rusiya qazını çatdırmağa imkan verəcək. Bu, tədarükün təhlükəsizliyini artırmayacaq, eyni zamanda Azərbaycandan əlavə qaz həcmlərinin ixracı imkanlarını azaldaraq "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsinə maneçilik törədə bilər.

Transadriatik qaz kəmərinə gəlincə, A.Hokstayn vurğulayıb ki, TAP "Cənub Qaz Dəhlizi"nin mühüm hissəsidir. Belə ki, bu boru kəməri dəhlizin Avropanı yeni qaz mənbələrinə qoşacaq sonuncu seqmentidir: "TAP layihəsi müvafiq təhlükəsizlik və ekoloji zəmanəti təmin edən müasir və ən yeni texnologiyalardan istifadə etməklə icra olunur".

Milli.Az


Tags:  Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ABŞ-ın maraqlarına uyğundur

RƏYLƏR


Top news