Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Otto" qasırğası ölkəyə 13 milyon dollar ziyan vurdu

"Otto" qasırğası ölkəyə 13 milyon dollar ziyan vurdu

Date: 28 November 2016 08:58

Kosta-Rikanın hakimiyyət orqanları "Otto" qasırğası nəticəsində 10 nəfərin öldüyünü, ölkəyə külli miqdarda ziyan dəydiyini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə "Excelsior" portalı məlumat yayıb.

Ölkənin Fövqəladə Vəziyyətlər Komissiyasının məlumatına görə, təbii fəlakət zamanı 11000 insanın əmlakına ziyan dəyib. 2,7 min kilometr yol qəza zərər çəkib. Bərpaetmə işlərinin dəyəri 13 milyon dollar qiymətləndirilir.

Kosta-Rika prezidenti Luis Qilermo Solis 12 müvəqqəti sığınacağa yerləşdirilmiş insanlara qida və suyun çatdırılmasında problemlərin yarandığını deyib.

Hazırda zərərçəkənlərə yardımlar təyyarələr və helikopterlərlə çatdırılır.


Tags:  Otto qasırğası ölkəyə 13 milyon dollar ziyan vurdu

RƏYLƏR


Top news