Evdar rəqqasə, İlhamənin Zeynəblik iddiası, Ayselin kasıb oğlanı və "Təhminə" davası - HƏFTƏBECƏR

Evdar rəqqasə, İlhamənin Zeynəblik iddiası, Ayselin kasıb oğlanı və "Təhminə" davası - HƏFTƏBECƏR
09:17 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"İqtisadiyyatda kasıb insanları görmək istəmirəm" - (23 İyun 2017 01:07)
"Təhminə"nin özündən gözəl qızı evləndi (16 İyun 2017 13:27)
Ayselin qapalı ad günündən FOTO (13 İyun 2017 17:22)

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (102-ci say) təqdim edir.

Ötən həftə yazılan 54 şərhin hər birinin müəllifinə təşəkkür edirəm. Jalə xanımın "sizə necə müraciət edək-bəy, müəllim, qardaş?" sualına cavabım budur. Dost bilənin dostu, qardaş bilənin qardaşıyam. Asi adlı oxucunun şərhi isə mənə görə digərlərindən fərqlənirdi.

İndiki müğənni, keçmiş rəqqasə Sevda Sanaliyeva ailəsi ilə bir efirdə qonaq olub. Hər şeydən bir az danışıblar. Axırda Sevdanın əri deyib ki, Sevdanı yaman bərk qısqanıram. Ona görə də nə vaxtsa sənətdən tam uzaqlaşacaq. Bax sevgi budur, istək belə olur. Görür ki, qəfil sənətdən uzaqlaşsa, Sevdaya pis təsir edər, kefi pozular, qanı qaralar, əhvalı korlanar. Ona görə də deyir ki, elə rəhmətlik Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş uzaqlaşsın. İllərin sərbəstliyini günlərin birində dörd divarın əvəzləməsi çətin olar axı.

Sizi bilmirəm, amma indi haqqında danışacağım ifaçının sənətə ilk addımları yadımdadır. Baxmayaraq ki, yaşca məndən böyükdür, hazırda 40-41 yaşı var. Çünki sənətə gələndə yaşı 30 civarındaydı. Söhbət İlhamə Qasımovadan gedir. Deyir ki, bir neçə ildir, toylara getmir, gedəndə də məclis sahibinə şərt qoyur. Davam edək:

"Dəvət olanda ancaq öz repertuarımı oxuyuramsa, gedirəm. Soruşurlar ki, canlı çalğıçılarla oxumaq mümkündürmü? Deyirəm ki, mən onu bacarmıram. Əlbəttə, məşq eləsəm, bacararam. Mənim sahəm deyil o. Mən xalq mahnılarımızı sevirəm. Onları öyrənib oxuya bilərəm, amma adam qorxur. Çünki bir veriliş olmuşdu və orada bir estrada-vokal növündə oxuyan müğənnimiz maraqlı və şən formada 6-8 ritmlik bir mahnı ifa etdi. Amma üzünə deyib-gülən müğənnilər onun arxasından dedilər ki, "bu da acından ölür, özünü reklam edir, toy tutmaq istəyir". Mən də qorxdum ki, deyəcəklər, acından ölür deyə toy mahnısı oxuyur".

Doğrudanmı insan keçmişini bu qədər tez unudur? Bu şəxs anlamır ki, Azərbaycanın ən nəhəng sənətkarları da toylara gediblər. Ona görə yox ki, acından ölüblər. Ona görə ki, xalqın tələbatı olub, məclislərində görmək istəyiblər. Görünür, bu sənətçi Zeynəb Xanlarova olmaq iddiasındadır. Ancaq bu, dağın ətəyində durub zirvəsini arzulamaq kimi bir şeydir. Yazacaq çox sözlər var. Amma ən vacibi budur ki, imkan olanda 10 il əvvəli xatırlamaq pis olmazdı. Belə sənətçiləri çox görmüşük, sponsor, yaxud ər adıyla "sponsorluq edən" əlini çəkən kimi həmin sənətçi nəinki toylara, hətta cümə axşamlarına mərsiyə deməyə də gedib.

Türkiyədə bir neçə sənətçi Üzeyirin mahnısının üstündə qırğına çıxıb. Hamısı da özünə görə tanınan ifaçılardı. O deyir, mənə satıb, bu deyir, mahnını hamıdan əvvəl özüm almışam. İndi son qərar Üzeyirindi. Siz də deyirsiniz ki, oxuya bilmir, bacarmır, meyxana deyir. Başa düşürəm, hamınızı Əli Mirəliyev yoldan çıxardıb.

Gənc müğənni Aysel Əlizadə deyib ki, kasıb oğlana da ərə gedər. Yaxşısı budur özünüz oxuyun:

"Biz müğənnilər yüksək həyat tərzinə, bu cür yaşamağa öyrəşmişik. Amma yazdılar ki, guya demişəm "soğan-çörək yemərəm". Elə deyil. Ərə gedəcəyim oğlan kasıb olsa nə olar, əsas ağıllı olsun. Mənim sponsora ehtiyacım yoxdur. Kimsə istəsə, ona sponsorluq edərəm".

Zarafat deyil e, yüksək həyat təzinrə öyrəşiblər. Əksəriyyəti ölkənin ən bahalı otellərini, ən gözəl bağlarını, villalarını gəzib. Eləsi var ki, lap bircə gecəlik də olsa, həmin gözəl yerləri görüb. Kim nə edib, özü bilər. Bizə o qalır ki, Ayselə bir halal süd əmmiş kasıb oğlan arzulayaq.

Təranə Qumral müsahibə verib. Şəxsən mən o müsahibəni üç dəfə oxudum. Söyləyib ki, Musa müəllimin xasiyyəti çox ağırdı, əsəbidir, yolda gedəndə digər sürücüləri söyür. Bunu ona görə yazdım ki, həmin müsahibəni mütləq tapıb oxuyasınız. Əgər tapsanız, yeməkdən bir saat əvvəl oxuyun, üstündən bir stəkan su için, ardınca bir də oxuyun. Faydasını özünüz görəcəksiniz.

Tanınmış türkiyəli aktrisa Meral Konrat ("Təhminə" filminin baş qəhrəmanı) deyib ki, Fəxrəddin Manafov məni aldadıb. Məsələ bundan ibarətdir ki, illər öncə bu aktrisa Zülfiyyə Xanbabayevanın klipinə çəkilib. Dediyinə görə, Manafov onu aldadıb ki, "Təhminə" filminin ikinci hissəsi çəkilir. Nəysə, bax belə bir qarışıq məsələdir. Sizi bilmirəm, mənim o film də gözümdən düşdü, o obrazlar da... Gərək bu məsələni öz aralarında həll edərdilər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Arda Turan üçün 65 milyon avro

27 İyun 2017 13:27

“Azərişıq” Bakının bir hissəsində elektrik enerjisinin kəsilməsinin səbəbini açıqlayıb

27 İyun 2017 13:22

Bakının yarısı işıqsız qaldı

27 İyun 2017 13:22

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN...

27 İyun 2017 13:20

Sabirabadda BƏDBƏXT HADİSƏ: Ölən var

27 İyun 2017 13:17

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

27 İyun 2017 13:15

“Azərsu” maye xlor alacaq

27 İyun 2017 13:12

Tramp Hindistanın baş naziri ilə görüşdü

27 İyun 2017 13:10

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

27 İyun 2017 13:09

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

Səmra Rəhimli stilistlə sevgilidir?

27 İyun 2017 12:59

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:57

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatıb (FOTO)

27 İyun 2017 12:55

Ötən gündə 3 qəza - 2 ölü, 7 yaralı

27 İyun 2017 12:55

Müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 12:54

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ - VİDEO

27 İyun 2017 12:53

Nailə Mirməmmədli: "Xalqın zövqü yoxdur..."

27 İyun 2017 12:53

Arıqlamaq istəyənlər üçün

27 İyun 2017 12:50

Qəndab Quliyeva ilə vida mərasimi keçirilir

27 İyun 2017 12:49

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik - VİDEO

27 İyun 2017 12:47

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü

27 İyun 2017 12:45

İmişli sakini Arazda boğuldu

27 İyun 2017 12:44

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub (FOTO)

27 İyun 2017 12:43

Bərdədə sərxoş şəxs körpüdən yıxıldı

27 İyun 2017 12:43

Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

27 İyun 2017 12:42

Sabirabadda faciə: təmir işi apararkən öldü

27 İyun 2017 12:39

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTOLAR

27 İyun 2017 12:38

Sabahın HAVAsı

27 İyun 2017 12:37

Bakıda qadının telefonunu oğurlayan şəxs saxlanılıb

27 İyun 2017 12:37

İradənin Ramazan süfrəsində rakı, yoxsa ayran? - Tənqid olunan FOTO

27 İyun 2017 12:37

Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:36

Arvad 30 illik ərini öldürdü - Qəribə səbəb - FOTO

27 İyun 2017 12:32

İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:31

Çin-Hindistan sərhədində GƏRGİNLİK

27 İyun 2017 12:27

Sabah 38 dərəcə isti olacaq

27 İyun 2017 12:25

Temperatur 38 dərəcəyə çatacaq - SABAH

27 İyun 2017 12:24

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

27 İyun 2017 12:22

Sabah paytaxtda 34, bölgələrdə 38 dərəcə isti olacaq

27 İyun 2017 12:22

Azərbaycanlı müğənninin yediyi sosiskadan milçək çıxdı - FOTO

27 İyun 2017 12:22

Mourinyo atasının yas mərasimində - FOTO

27 İyun 2017 12:17

Ajda Pekkan 72 yaşında dodaqlarını böyütdü

27 İyun 2017 12:14

Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA: "Günahım yoxdur"

27 İyun 2017 12:12

Məşhur filmin treyleri yayımlandı: Baş rolda Nik Betmen

27 İyun 2017 12:08

​Ukraynada güclü partlayış

27 İyun 2017 12:07

Beyons və yeni doğulan əkizləri xəstəxanadan çıxdı

27 İyun 2017 12:05

Azərbaycan nefti bahalaşdı

27 İyun 2017 11:57