“Mənə kontur al sonra tanış olaq”. Bu cür məzmunlu saxta profillər hər gün sosial şəbəkələrdə onların toruna düşəcək şəxsləri gözləyir.
Prosedur isə çox sadədir. Saxta profillərə nəzər salan adamlara
dərhal mesaj göndərilir və kontur yükləyəcəyi təqdirdə onunla
görüşəcəyini deyir. Konturun şifrəsini əldə etdikdən sonra isə
həmin adamı blok edərək növbəti qurban axtarışına çıxır.
Mütəxəssislər bildirir ki, belə halla rastlaşan vətəndaşlar dərhal
polisə məlumat verməlidirlər. Belə şəxsləri Azərbaycan
qanunvericiliyinə görə ciddi cəzalar gözləyir. Əgər bu yolla
vətəndaşlara 100 manata qədər zərər vurularsa, bu kiçik talama
hesab edilir.
Əgər saxta profillərin sahibləri bu işlə mütəmadi olaraq məşğul
olsalar, artıq törətdikləri əməl dələduzluq cinayəti sayılır.
(xezerxeber)