Macarıstan xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Macarıstan xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək
09:22 28 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Macarıstanın xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Səfər zamanı J.Çutora "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya sərgisini ziyarət edəcək, eləcə də Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, daha əvvəldən əldə olunmuş razılıqların nə dərəcədə həyata keçirildiyi müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/macaristan-xarici-isler-nazirinin-muavini-azerbaycana-sefer-edecekk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR