Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçkisiz müəyyənləşib

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçkisiz müəyyənləşib
09:52 28 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Alişer Usmanov daha 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) prezidenti olub.
"Report"un məlumatına görə, qurumun Rusiyanın paytaxtı Moskvadakı Konqresi zamanı bu posta A.Usmanov yeganə namizəd olub. Reqlamentə əsasən, alternativi olmadığı üçün seçki keçirilməyib və bütün nümayəndələrin ümumi razılığı əsasında o, postunda qalıb.
Qeyd edək ki, Alişer Usmanov FİE-yə 2008-ci ildən rəhbərlik edir. Rusiyanın böyük sahibkarlarından olan A.Usmanov ölkənin müstəqil antidopinq komissiyasının üzvü, İngiltərənin "Arsenal" klubunun səhmdarlarındandır. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/beynelxalq-qilincoynatma-federasiyasinda-yeni-prezident-secki

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR