Topaz Premyer Liqasında XIII tur davam edir. Bu gün ölkə çempionatında daha bir oyun keçirəcək. Axşam saatlarında “Zirə” ilə “İnter” üz-üzə gələcək.
Liderləri gözdən qoymamağa çalışan “İnter” növbəti qələbəsini qazanmaq arzusundadır. Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv “gizli favorit” statusunu özündə saxlamaq üçün səfərdə 3 xal əldə etməyə məcburdur.
Lakin “Zirə” qonaqlar üçün heç də “asan yem” deyil. Adil Şükürovun komandası bunu ilk dövrədə də sübut edib. Belə ki, VII tura təsadüf edən “İnter” – “Zirə” qarşılaşması 1:1 hesabı ilə bitib. Həmin görüşdə meydan sahibləri ilk yarıda Ağabala Ramazanov qolu ilə önə keçsələr də, qonaqlar 90+2-ci dəqiqədə Viktor İqbekoyinin dəqiq zərbəsi ilə məğlubiyyətdən qaçıblar.
Topaz Premyer Liqası
XIII tur
28 noyabr (bazar ertəsi)
17:00 “Zirə” – “İnter”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu
I dövrədə: 1:1
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
1 |
Qəbələ |
12 |
8 |
4 |
0 |
27:4 |
28 |
|
2 |
Qarabağ |
12 |
9 |
1 |
2 |
24:5 |
28 |
|
3 |
İnter |
12 |
6 |
5 |
1 |
20:11 |
23 |
|
4 |
Kəpəz |
13 |
3 |
6 |
4 |
9:11 |
15 |
|
5 |
Sumqayıt |
13 |
3 |
5 |
5 |
12:18 |
14 |
|
6 |
Zirə |
12 |
4 |
2 |
6 |
10:13 |
14 |
|
7 |
Neftçi |
13 |
3 |
0 |
10 |
9:29 |
9 |
|
8 |
AZAL |
13 |
0 |
5 |
8 |
5:25 |
5 |
|
Bombardirlər |
Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az