Nasistlər əxlaqsız qadınlardan necə istifadə edirdi? – MÜHARİBƏNİN QARANLIQ ÜZÜ

Nasistlər əxlaqsız qadınlardan necə istifadə edirdi? – MÜHARİBƏNİN QARANLIQ ÜZÜ
10:03 28 Noyabr 2016
2429 Digər
Ölkə mətbuatı
A- A+

15 əxlaqsız qadın haqqında kitab çıxdı - FOTO (04 Aprel 2017 21:05)

I və II Dünya müharibələrində Almaniya hakimiyyəti işğal edilmiş ərazilərdə fahişəlik üzərində nəzarəti əl almağa çalışırdı. Fahişələrin əsgərlərə verilmək üçün əvvəldən zöhrəvi xəstəliklərinin olub-olmadığı yoxlanılırdı. Lakin nasistlər bu məsələyə də irqçi elementləri əlavə edəndən sonra vəziyyət dəyişdi.

Publika.az xəbər verir ki, tarixçilər Maren Reyqer və Emmanuel De Bryoyne “Gender & Hostoy” jurnalında dərc etdirdikləri məqalədə hər iki dünya müharibəsi zamanı fahişələrə nəzarət edilməsi və bunun nəticələrindən bəhs ediblər.

Parisdə eyş-işrət arzusu və fahişəliyin sonuncu paytaxtı

I Dünya Müharibəsinin ilk həftələrində Almaniya Belçika və Fransaya müdaxilə etdi. Müharibənin qısa olacağı gözlənilirdi. Bu isə alman əsgərlərin seksual davranışına güclü təsir edirdi. Müharibənin qısa nəzərdə tutulmasına görə, alman ordusunun komandanlığı əvvəlcə əsgərlərin seksual tələbatı haqda düşünməmişdi. Əksinə, hakimiyyət hesab edirdi ki, müharibə əxlaqlı və qəhrəman əsgərin obrazında təcəssüm edərək, millətin mənəvi və bioloji bərpasını təmin edəcək. Lakin tezliklə işğal edilmiş ərazilərdə qadınların zorlanması normal hala çevrildi.


1914-cü ilin sentyabr-noyabr ayları dönüş nöqtəsi idi. Əsgərlər Parisdə eyş-işrət həvəsi ilə yola çıxsalar da, Belçika və Fransada əyalət fahişələri ilə kifayətlənmiş oldular. Fahişəliyin sonuncu paytaxtı Brüssel oldu. Əsgərlər cəbhəyə yola düşməmişdən əvvəl sonuncu dəfə orada kef çəkmək qərarına gəldilər. Nəticədə, ordu komandanlığı anladı ki, müharibə uzun müddət davam edəcək və fahişələrdən keçən zöhrəvi xəstəliklər əsgərlərin döyüş ruhunu məhv edə bilər. Əvvəlcə “fransız əxlaqsıza təslim olmamaq” və özlərini evdə onları gözləyən arvadları üçün saxlamaqla bağlı çağırışlar edildi. Lakin kişilərin seksual tələbatını ödəmədən müharibənin davam etməsi də mümkünsüz görünürdü. Cəbhə bölgəsində hər yoldan keçənlə cinsi əlaqəyə girməmək və qoruyuculardan istifadə etməklə bağlı vərəqələr yayılırdı. 1915-ci ilin başlanğıcında işğalçı hakimiyyət zəbt olunmuş ərazilərdə təkcə fahişəxanaları bağlamaqla kifayətlənmədi, həm də onların işini nizamlamağa başladı.

100 il öncə mövcud olan əxlaq polisi

Belçikada fahişəlikdə şübhəli bilinən, yaxud bu işlə məşğul olduğunu gizlətməyən qadınlar həftədə iki dəfə tibii müayinədən keçməyə məcbur edilirdi. Həmçinin, onlarla münasibətdə olan əsgərlər də məcburi müayinədən keçirilirdi. Bu işlə tərkibində alman zabitləri və yerli administrasiyasının nümayəndələri daxil olan xüsusi əxlaq polisi məşğul olurdu. Müayinədən keçirilən qadınların siyahısı tutulurdu və güman edilirdi ki, bununla fahişəliyi nəzarətə ala biləcəklər.

Bunlarla yanaşı müəyyən yerlərdə fahişəliklə məşğul olmaq qadağan idi: alman qarnizonunun mənzilləri olan binaların və administrasiya idarələrinin ətrafı, polisin qeydiyyatında olmayan bar və mehmanxalar bura daxildir. Alman ordusu fahişəxanalarda sərt rejim yaratmışdı. Əsgərlər və zabitlər olan iki hissə var idi və onlar keyfiyyətinə görə fərqlənirdi.

Belçikalılar “əxlaqsız”, Fransa pornoqrafiyanın vətəni

Zöhrəvi xəstəliyə yoluxmuş qadınların məcburi qaydada xəstəxanaya yerləşdirilməsini özündə birləşdirən fəaliyyət qeyri-rəsmi aparılırdı. Belə xəstəxanalarda qadınlar həbsxana həyatı yaşayır və fiziki təzyiqlərə məruz qalırdı. Yerli əhali isə fərqli düşünürdü. Onlara görə, belçikalı qadınlar fahişə və zöhrəvi xəstəliklərin daşıyıcısı deyillər. Yerli gizli mətbuat müharibədən əvvəlki dövrdə Almaniyadakı əxlaqsızlıq yuvaları haqqında yazır və qeyd edirdilər ki, əslində, alman əsgərləri Belçikaya zöhrəvi xəstəliklər gətirərək, qadınları ona yoluxdururlar.

Alman işğal hakimiyyəti isə zöhrəvi xəstəliklərin yayılmasını regionun geridə qalması və yerli əhalinin gigiyena haqqında primitiv anlayışlarının olmaması ilə izah edirdi. Almanlar özləri haqqında Avropanın xilaskarları olaraq düşünürdülər. Onların fikrincə, polyaklar “primitiv düşüncəli”, belçikalılar “əxlaqsız”, Fransa isə pornoqrafiyanın vətəni idi. İşğalçılar tezliklə mif yaydılar ki, fransız fahişələr alman əsgərlərini qəsdən zöhrəvi xəstəliklərə yoluxdurur.

Almanlar Cənub və Cənub-Şərqi Avropa əhalisini “çirkli” hesab edirdi. Rumıniyada əsgərlərə xəbərdarlıq edilirdi ki, yerli əhalinin saçları bitlə doludur və rumınlarla cinsi əlaqəyə girmək qadağandır.

Küçə qızlarından yoluxmanın təhlükəsi fövqəladə səviyyədə yüksəkdir; tibii müayinələr yalnız ictimai evlərdə aparılır”, - Polşa və Litvada yayılan vərəqələrin birinin mətni belə idi.

İki böyük müharibənin arasında

I Dünya Müharibəsindən sonra alman işğalı altında olmuş ərazilərdə zöhrəvi xəstəliklərin yayılma sürəti böyük idi. Bu, Belçika əhalisində ciddi təşviş yaratdı. Qeyri-kommersiya təşkilatları fahişəliyin nəzarətə alınması məsələsini fəal şəkildə müzakirə edirdi. Həmçinin, Polşada da fahişəliyin qadağan olunması məsələsi qaldırılmışdı. Fahişəxanalar qadağan olunmuş, belə yerlərin sahibləri həbslə hədələnirdi. Analoji vəziyyət Avropanın digər ölkələrində də baş verirdi.

1933-cü ildə hakimiyyətə gələn nasistlər və onların lideri Adolf Hitler isə fahişələrə ikili yanaşma sərgiləyirdi. Bir tərəfdən, onlar həbs olunur və həbs düşərgələrinə göndərilir, digər tərəfdən II Dünya Müharibəsinin başlanğıcında Üçüncü reyx işğal olunmuş ərazilərdə, şəhərlərdə, hətta həbs düşərgələrində fahişəxanalar açırdı.

Hərbi sirlərə malik olan fahişələr

1939-cu il 1 sentyabr tarixində nasistlər Polşaya qarşı hücuma keçdi. I Dünya Müharibəsinin təcrübəsinə görə, onlar fahişəlik üzərində dərhal nəzarət sistemi yaratdılar. Fahişələrin qeydiyyatı və mehmanxanalarda, restoranlarda axtarışı başlandı. Polşadan sonra bu təcrübə yayıldı və Avropanın digər ölkələrində fahişəxanalar sisteminin tezliklə qurulması çətin olmadı.

SSRİ-də isə vəziyyət fərqli idi. Moskva 1936-cı ildə elan etdi ki, ölkədə fahişəliyin kökü kəsilib və seksual xidmətlər zirzəmiyə gömülüb. Nasitlər isə işğal etdikləri ərazilərdə fahişəliyə nəzarət etməklə yanaşı, yeni fahişəxanaların fəaliyyətə başlamasına da dəstək verirdilər.
Fahişəxanaların yaradılmasında iki məqsəd var idi: Birincisi, zöhrəvi xəstəliklərin qarşısını almaq idisə, ikincisi fahişələr tərəfindən hərbi sirlərin ötürülməsi təhlükəsini sıradan çıxarmaq idi.
Digər bir səbəb isə əsgərlərin yerli qadınları zorlamaqdan çəkindirmək və beləliklə ordunun imicinə xələl gəlməsinin qarşısını almaq idi. Bununla yanaşı, fahişəxanalar əsgərlər arasında homoseksuallığın qarşısını almağa xidmət edirdi.

Ən aşağı pillədə olanların taleyi

Nasistlər fahişəlikdə də irq məsələsinə diqqət yetirirdilər. Misal üçün, slavyanlar aşağı səviyyəli irq idi və ari irqə mənsub almanlara slavyan qadınları ilə cinsi əlaqədə olmaq qadağan olunmuşdu. Bu kateqoriyaya polyaklar, çexlər və SSRİ qadınları daxil idi. Bu qadağaya baxmayaraq, Vermaxtın əsgərləri fahişəxanalarda öz istədiklərini edirdilər.

Yəhudilər isə bu sistemdən tamamilə çıxarılmışdı. Onlar Üçüncü reyxin irqi ierarxiyasında ən aşağı pillədə qərarlaşmışdı. Yəhudi fahişələr dərhal həbs olunur və həbsxanaya göndərilirdi. Müəyyən müddətdən sonra onları güllələyirdilər.

Xəstəxanada güllələnənlər

Şərq cəbhəsinə yaxın ərazilərdə fahişəxanalar fəaliyyət göstərirdi. Nasistlər tez-tez ora Fransadan, Hollandiyadan və Polşadan fahişələr gətirirdilər. Belə vaxtlar qadınlar məcburi müayinədən keçirdilər. Əgər hansındasa zöhrəvi xəstəlik var idisə, o tam sağalmayana qədər xəstəxanadan buraxılmırdı. Lakin bu, rəsmi göstəriş idi. Reallıqda isə nasistlər xəstə fahişələri güllələyirdilər. Onlar əlavə pul və vaxt xərcləmək istəmirdilər.

I və II Dünya müharibələrində almanların fahişələrlə bağlı siyasətində məcburi nəzarət eyni olsa da, nasistlər fahişəliyə belə irqi ideologiyanı əlavə etmişdilər.

Asif

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47