Bakıda FACİƏ: nənə və nəvə boğuldu

Bakıda FACİƏ: nənə və nəvə boğuldu
10:05 28 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda nənə və nəvə dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S.Nəsirova boğularaq ölüb, N.Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR