İki qadın sürücü paytaxtda qəza törətdi - TIXAC yarandı - FOTO

İki qadın sürücü paytaxtda qəza törətdi - TIXAC yarandı - FOTO
10:22 28 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iki qadın sürücü yol qəzası törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 28-də səhər saat 09:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.

"Nissan Tida" markalı 90 MD 886 dövlət nömrə nişanlı avtomobil Badamdar qəsəbəsindən hərəkət edərkən Yasamal rayonu ərazisində, AMEA-nın Mərkəzi Nəbatat Bağının qarşısındakı piyada keçidində idarəetməni itirərək, həmin yolda hərəkətdə olan 99 FK 103 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəza həmin yolda böyük tıxaca səbəb olub. Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının müdaxiləsindən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.

Xatırladaq ki, hər iki avtomobili idarə edən sürücülər qadın olub.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR