Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda evli qadına zəng edən şəxs bıçaqlandı

Bakıda evli qadına zəng edən şəxs bıçaqlandı

Date: 28 November 2016 10:27

Bakının Binəqədi rayonunda 35 yaşlı kişi bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yeni Yaşayış massivində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cumayev Sahib Rafiq oğlu yaşadığı evin yaxınlığında belinin arxa nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məlumata görə, S.Cumayev səhvən evli qadına zəng vurub. Onun bu zənginə qadının həyat yoldaşı cavab verib. S.Cumayev isə yaşadığı evin ünvanını söyləyib. Qadının həyat yoldaşı tanışları ilə birlikdə onu evdən çölə çağırıb. S.Cumayevin üzünə bir sillə vurulub, qadının əri isə ona bıçaqla xəsarət yetirib.

Milli.Az


Tags:  Bakıda evli qadına zəng edən şəxs bıçaqlandı

RƏYLƏR


Top news