Narkomanlar Türkiyədə stadionu yandırdılar - FOTO

Narkomanlar Türkiyədə stadionu yandırdılar - FOTO
10:32 28 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

"Bursaspor"un hal-hazırda oyunlarını keçirdiyi "Timsah Arena"nın tamamlanaraq istifadəyə verilməsindən sonra dağıdılmasına başlanılan "Atatürk" stadionda yanğın olub.

Milli.Az NTV-yə istinadən xəbər verir ki, hadisə yerinə polis və yanğın söndürən qruplar cəlb edilib.

Yanğın 1 saat ərzində tamamiylə söndürülüb.

Polislərin istintaq əməliyyatı zamanı məlum olub ki, stadion üç narkoman tərəfindən yandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Təhməz Təkin
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR