Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda polis əməkdaşının meyiti tapıldı - TƏFƏRRÜAT

Bakıda polis əməkdaşının meyiti tapıldı - TƏFƏRRÜAT

Bakıda çürümüş kişi meyiti tapıldı (23 Mart 2017 15:23)
Bakıda çürümüş kişi meyiti tapıldı (23 Mart 2017 15:05)
Çürümüş kişi meyiti tapıldı (23 Mart 2017 14:25)

Tarix: 28 Noyabr 2016 10:37

Dünən Bakıda dəm qazından boğularaq ölən polis əməkdaşı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 4, ev 7 ünvanında kirayədə yaşayan 1991-ci il təvəllüdlü Səmidov İsmayıl Vahid oğlu Mühafizə Polisinin əməkdaşı olub.

Hacıqabul rayonunda doğulmuş və ailəsi bu rayonda yaşayan 25 yaşlı polis əməkdaşı həmin evdə tək qalırmış. Onun meyitini dünən günorta saatlarında evə gələn qohumu aşkarlayıb.
 
Məlum olub ki, İ.Səmidov İran istehsalı olan qızdırıcı sobanın otağa buraxdığı dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Teqlər:  Bakıda polis əməkdaşının meyiti tapıldı TƏFƏRRÜAT



RƏYLƏR


Top xəbərlər