Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan, İran və Gürcüstan dəmiryolu nəqliyyat dəhlizi yaratmağı planlaşdırırlar

Azərbaycan, İran və Gürcüstan dəmiryolu nəqliyyat dəhlizi yaratmağı planlaşdırırlar

Date: 28 November 2016 10:42

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan, İran və Gürcüstan daha bir beynəlxalq dəhliz vasitəsi ilə tranzit yüklərin daşınmasını həyata keçirmək niyyətindədir. "Report"un "İran.ru" saytına istinadən verdiyi xəbərə görə, yeni dəhliz yüklərin Qara dənizdən, Şərqi və Cənub-Şərqi Avropa, Qərbi Asiya, Fars körfəzindən Asiyanın cənub-şərq hissəsi nəql olunmasını nəzərdə tutur. Tərəflər artıq qeyd edilən dəhliz üzrə işə başlamağı planlaşdırırlar.
Beynəlxalq nəqliyyat dəhlizi barədə danışan "İran Dəmir Yolları"nın vitse-prezidenti Hüseyn Aşuri bildirib ki, İran dəmir yollarının (Rəşt -Astara) tikintisi yekunlaşmadığından qeyd edilən dəhlizdən istifadə edilmirdi. Amma indi Azərbaycan, Gürcüstan və İran marşrutu işlətməyə hazırdır: "Tərəflər artıq tariflər və səfərlərin məsafəsi barədə razılıq əldə ediblər. Marşrutun bir ay müddətində işləyəcəyinə və yüklərin Fars körfəzi regionuna daşınmasına ümid edirik. Tranzit yüklər Rumıniyadan Gürcüstana, daha sonra Azərbaycana və sonra İrana çatdırılacaq".
Bu marşrut üçün zəruri olan Rəşt-Astara dəmir yolunun tikintisi yekunlaşmasa da, İran yüklərin avtomobil yolları vasitəsilə danışacağına təminat verir.
Xatırladaq ki, İran tikilməkdə olan Rəşt-Astara dəmir yolunun yaxın vaxtlarda bitəcəyini bildirir. Lakin layihənin bitməsi üçün 1 mlrd. dollar həcmində maliyyə vəsaiti tələb olunur və Azərbaycan tərəfi tələb oluna vəsaitini yarı hissəsini təmin etməyə razılıq verib. 


Tags:  Azərbaycan İran Gürcüstan dəmiryolu nəqliyyat dəhlizi yaratmağı planlaşdırırlar


RƏYLƏR


Top news