Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mədəniyyət və turizm nazirinin müavini Bolqarıstanda səfərdədir

Mədəniyyət və turizm nazirinin müavini Bolqarıstanda səfərdədir

Date: 28 November 2016 10:42

Bakı. 28 noyabr.REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti Sofiya şəhərində keçiriləcək “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqresdə iştirak məqsədilə Bolqarıstanda səfərdədir.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 29 noyabr - 1 dekabr tarixlərində keçiriləcək “Dünya sivilizasiyaları və yaradıcı turizm” adlı beynəlxalq konqresdə turizm və memarlıq, dizayn, incəsənət, texnologiya, elm və digər sahələri əhatə edən yaradıcı sənaye arasında əməkdaşlıq vasitəsilə dünya sivilizasiyalarının necə həyata qaytarılması müzakirə olunacaq.
Konqresin turizm və yaradıcı sənaye arasında əməkdaşlıq və tərəfdaşlığın maddi və qeyri-maddi irsin mühafizəsi və təbliğində əhəmiyyətli rolu, sosial-iqtisadi mənfəətlərini müzakirə etmək məqsədi daşıdığı qeyd olunub.
Bolqarıstan Respublikasının Turizm Nazirliyi və Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı tərəfindən birgə təşkil olunan konqres turizm nazirlərini, digər dövlət və özəl sektorun təmsilçilərini, həmçinin yaradıcı sənaye üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri, turizm və dünya sivilizasiyaları üzrə ekspert və alimləri bir araya gətirəcək.


Tags:  Mədəniyyət turizm nazirinin müavini Bolqarıstanda səfərdədir

RƏYLƏR


Top news