Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Ev quşları oğurlayan şəxs tutuldu (28 Mart 2017 00:49)
Londondakı terrorda şübhəli bilinən 9 nəfər saxlanıldı (24 Mart 2017 17:53)
Londondakı terrorda şübhəli bilinən 9 nəfər saxlanıldı (24 Mart 2017 16:37)

Tarix: 28 Noyabr 2016 10:54

Lənkəranda ötən həftə ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə,  Lənkəran sakini Fəqan İsmayılovun dünən gecə tutulduğu bildirilir.

 

 

Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərinin Şəhidlər xiyabanı 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.

 

Hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində onların öldürüldüyü qeyd olunub.

 


Teqlər:  Ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutuldu



RƏYLƏR


Top xəbərlər