Bu gün Topaz Premyer Liqasında XIII turun daha bir görüşü keçiriləcək.
Milli.Az apasport.az -a istinadən xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.
"Zirə" və "İnter" münasibətlərinə aydınlıq gətirəcəklər. Birgünlük dördüncü pilləni "Kəpəz"ə verən Adil Şükürovun yetirmələri öz mövqelərinə qayıtmaq üçün qalib gəlməyə borcludular. Bununla həm də aradakı 9 xallıq fərqi "əritmək" mümkün olacaq.
"İnter" isə liderlər - "Qəbələ" və "Qarabağ"ın bu tur bir-birləri ilə qarşılaşmağından istifadə edərək, onlarla aradakı xal fərqini azaltmaq fikrindədi.
Odu ki, 90 dəqiqənin gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək olar.
Topaz Premyer Liqası
XIII tur
28 noyabr (bazar ertəsi)
17:00. "Zirə" - "İnter"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
I dövrədəki oyun: 1:1
Zirə İdman Kompleksinin stadionu
Turnir cədvəli
1. |
Qəbələ |
12 |
8 |
4 |
0 |
27-4 |
28 |
2. |
Qarabağ |
12 |
9 |
1 |
2 |
24-5 |
28 |
3. |
İnter |
12 |
6 |
5 |
1 |
20-11 |
23 |
4. |
Kəpəz |
13 |
3 |
6 |
4 |
9-11 |
15 |
5. |
Zirə |
12 |
4 |
2 |
6 |
10-13 |
14 |
6. |
Sumqayıt |
13 |
3 |
5 |
5 |
12-18 |
14 |
7. |
Neftçi |
13 |
3 |
0 |
9 |
9-29 |
9 |
8. |
AZAL |
13 |
0 |
5 |
8 |
5-25 |
5 |
Milli.Az