“Rahat” marketlər şəbəkəsi yeni aksiyaya start verib

“Rahat” marketlər şəbəkəsi yeni aksiyaya start verib
10:57 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Rahat” marketlər şəbəkəsində yeni aksiyaya start verilib.
"Report" xəbər verir ki, marketin bütün filiallarında “Poz-qazan” adlı ani lotereya kampaniyası keçirilir. Şərtlərə görə mağazanın filiallarından alış-veriş edən müştərilər ödədiyi hər 30 manat məbləğin müqabilində “Poz-qazan” kuponu qazanacaq. Müştəri qazandığı hədiyyəni yerindəcə əldə edəcək. 
Lotereyada iştirak edən hər bir müştəri qalib olacaq. 100% uduşlu olan “Poz-qazan” ani lotereyasında gündəlik istifadə məhsullarından elektrik avadanlıq və məişət əşyalarınadək minlərlə hədiyyələr müştərilərə təqdim olunacaq. 
Şəbəkədən verilən məlumata görə, “Rahat” marketlər şəbəkəsinin bu cür tədbirləri keçirməkdə əsas məqsədi müştərilərinin məmnuniyyətini artırmaqdır: "Biz əminik ki, keçirdiyimiz lotereya kampaniyası müştərilərimizn çox xoşuna gələcək. Son bir neçə ay ərzində biz fərqli və maraqlı bir neçə aksiya keçirmişik. Bir sıra sorğu və araşdırmalarımızın nəticəsi olaraq biz bu aksiayalarımızın kifayət qədər uğurlu olduğunu əminliklə söyləyə bilərik. Bu dediklərimizin sübutu isə hər gün artan alıcı sayı və böyük müştəri məmnuniyyətidir".
Noyabr ayının 24-dən başlayan kampaniya yanvar ayının 6-dək davam edəcək.
Ətraflı məlumat üçün *5551 qaynar xətt nömrəsinə zəng edib informasiya almaq olar. 












Xəbərin orijinal ünvanı: https://report.az/biznes/rahat-marketler-sebekesi-yeni-aksiyaya-start-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR