Ramil Usubovun qaynına yüksək vəzifə verildi

Ramil Usubovun qaynına yüksək vəzifə verildi
11:04 28 Noyabr 2016
467 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib. Lent.az mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib. O, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qaynıdır.

 

Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR