Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Metroda gediş haqqı artacaq? - RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artacaq? - RƏSMİ AÇIQLAMA

Date: 28 November 2016 11:05

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır:

"Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. "Bakı Metropoliteni" QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib".

Milli.Az


Tags:  Metroda gediş haqqı artacaq RƏSMİ AÇIQLAMA

RƏYLƏR


Top news