Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Con Kerri Donald Trampın gəlişinə qədər Rusiya ilə Hələb üzrə saziş bağlamaq niyyətindədir

Con Kerri Donald Trampın gəlişinə qədər Rusiya ilə Hələb üzrə saziş bağlamaq niyyətindədir

Trampın reytinqi ən aşağı səviyyəyə ENDİ (20 Mart 2017 09:37)
Trampın reytinqi ən aşağı səviyyəyə düşdü (20 Mart 2017 05:53)
Trampın reytinqi ən aşağı səviyyəyə endi (20 Mart 2017 02:34)

Tarix: 28 Noyabr 2016 11:12

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri vəzifədən ayrılana qədər Rusiya ilə Hələbin mühasirəsinə son qoyulması üzrə saziş bağlamaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post"un köşə yazarı Coş Rocin yazıb.
Məqalə müəllifinin sözlərinə görə, C.Kerri yalnız Hələbdəki humanitar böhrana görə yox, həm də ABŞ-ın yeni prezidenti Donald Trampın rəsmi Moskva ilə başqa formada razılaşma əldə edərək rəsmi Vaşinqtonun Suriya prezidenti Bəşşar Əsədlə eyni tərəfdə olmasına gətirib çıxaracaq vəziyyət yarada biləcəyindən ehtiyatlanaraq saziş əldə etməyə çalışmır.
C.Rocin yazır ki, ABŞ dövlət katibi yeni diplomatik missiyasını "pərdə arxasında" həyata keçirəcək. Onun sözlərinə görə, prezidenti Barak Obamanın administrasiyasının dörd rəsmisi onunla söhbətdə bu addımın riskli, amma yeganə olduğunu qeyd edib.
Köşə yazarı hazırda yalnız Hələb üzrə danışıqlar aparıldığını və məsələyə Rusiya ilə yanaşı, İran, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin də daxil edilməsinin planlaşdırıldığını vurğulayıb.

Teqlər:  Con Kerri Donald Trampın gəlişinə Rusiya Hələb üzrə saziş bağlamaq niyyətindədir



RƏYLƏR


Top xəbərlər