YUNİSEF: Yəmən əhalisinin yarıdan çoxu aclıqdan əziyyət çəkir

YUNİSEF: Yəmən əhalisinin yarıdan çoxu aclıqdan əziyyət çəkir
11:12 28 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanın başçılq etdiyi beynəlxalq koalisiyanın döyüşdüyü Yəməndə 14 milyon dinc sakin aclıqdan əziyyət çəkir.
“Report” “Al-Jazeere”yə istinadən xəbər verir ki, bunu YUNİSEF-in Yəməndəki nümayəndəsi Məhəmməd Əsədi bildirib.
Onun sözlərinə görə, ölkədə 1,5 milyon uşaq yetərincə bəslənmir: "Onların 3-də biri açlıqdan əziyyət çəkir. Yəmənin Hudey bölgəsində yüz minə yaxın uşaq normal səviyyədə qidalanmadığı üçün ölümcül vəziyyətdədir”.
Qeyd edək ki, Dünya Bankının 2013-cü ildə yaydığı məlumata əsasən, ölkə əhalisinin sayı 24,41 milyon nəfər olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yemen-ehalisinin-yarisindan-coxu-acliqdan-eziyyet-cekir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR