Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almazdan tənqidə cavab: "Mənə qızlarımın fikri vacibdir"

Almazdan tənqidə cavab:  "Mənə qızlarımın fikri vacibdir"

Date: 28 November 2016 11:21

Əməkdar artist Almaz Ələsgərli modelyer Rüfət İsmayılovun onun geyimi haqda dediyi tənqidi fikirlərə cavab verib.

Axşam.a-ın məlumatına görə, modelyer müğənni haqda “Bədəninə uyğun olmayan libaslar geyinir” sözlərinə əhəmiyyət verməyib.

A.Ələsgərli bildirib ki, qızlarının zövqü ilə geyinir:

“Mənə belə xoşdur. İrad tutsunlar da, mən beləyəm. İki gözəl balam var, onlar mənə məsləhət verirlər. Çox da zövqlüdürlər. Qızlarım nəyin yaraşıb, nəyin yaraşmadığını deyirlər. Mənə onların fikri vacibdir".
 
Müğənni artıq çəkidən xilas olmaq istəmədiyini də söyləyib:

"Bəzən deyirlər ki, bir az arıqla. Heç arıqlamaq da istəmirəm. Bundan sonra necə varamsa, elə də qalacam".

Xatırladaq ki, A.Ələsgərlinin Mədinə və Əminə adlı iki övladı var.


Tags:  Almazdan tənqidə cavab Mənə qızlarımın fikri vacibdir

RƏYLƏR


Top news