Bir də üzü yadımdadı...

Bir də üzü yadımdadı...
11:27 28 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Nənəmin öldüyü gün qara buludlar mürəkkəb ləkəsi kimi yayılıb göy üzünü gizləmişdi zülmətin bətnində. Nə qədər baxsam da, nənəmin sönən ulduzunu görə bilməmişdim...

Anamın dinmək bilməyən göz yaşlarına qoşulub həyətimizdə ağlayan yağışın səsi də kiriməmişdi səhərə qədər. Tez-tez cilddən cildə girib, şəkildən şəklə düşən buludları uşaq ağlımla nağıllarda təsvir olunan taxt-rəvana bənzətmişdim həmən gecə. Mənə elə gəlmişdi ki, nənəmin ruhu bu "taxt-rəvana" oturaraq başqa buludlara qonaq gedib.

Həyatı asan yaşamamışdı... Aclıq da görmüşdü müharibə illərində, ağır zəhmətə də qatlaşmışdı. 41-45 hərbində cəbhəyə yollanan iki qardaşının qara kağızını alan gündən xınanı uzaq tutmuşdu saçlarından. Mayası dərddən, ağrıdan tutulmuş saysız-hesabsız şeir, bayatı vardı əzbərində. Danışdığı nağılların qəhrəmanı qardaşları olardı həmişə. Və bu qəhrəmanlar hər dəfə odun, alovun içindən sağ-salamat çıxıb qayıdardılar evlərinə. Son nəfəsinə kimi qardaşlarının öldüyünə inanmamışdı rəhmətlik.

Titrək əllərini, yanıqlı səsini xatırlayıram ən çox. Bir də üzü yadımdadı... Güləndə gözlərinə yetişmədən üzündəki dərin qırışların içində itib-batardı gülüşü. Dünyanın sözlə izaha gəlməz batman-batman kədəri nənəmin gözlərinin içində yurd salmışdı sanki.

Övladlarını, nəvə-nəticəsini canından çox istəyərdi. Gəlinlərini doğma qızlarından ayırmazdı heç vaxt. Qohum-qonşuya əl tutardı bacardığı qədər. Ürəyində kin-küdurət saxlamazdı Allahın heç bir quluna qarşı. Özündən daha çox başqalarını düşünərdi həmişə.

İnsanlığa diş qıcayan, ürəklərdəki mərhəməti didib-parçalayan qanlı-qadalı müharibə illərində ərləri cəbhədə həlak olmuş yetimdar qonşu arvadlardan süfrəsinin son tikəsini belə əsirgəməmişdi.

Evinin qapısını bağlayaraq balalarını başına toplayıb gizlin-gizlin çörək yeməyi içinə sindirə bilməmişdi heç vaxt. Ürəyi razı gəlməmişdi belə hərəkətə. Bəlkə də həmən müsibətli günlərdə bir çox adamın unudub üz çevirdiyi Allahdan utanmışdı nənəm...

Dayımın qapısında qurmuşdular yas mağarını. Anamdan, xalalarımdan çox qonşular ağlamışdı yas məclisində.

Nənəmi son mənzilə yola salmağa gələn adamların içində şəhərdən gələnlər də az deyildi. Hamı onun nə qədər xeyirxah insan olduğu barədə danışırdı. Gözlər dolub-boşalırdı yaddaşlar çözələndikcə.

Acılı-şirinli ömründə bir çox itkilər yaşasa da, son nəfəsinə kimi ürəyində, ruhunda qoruyub saxlaya bildiyi sevgini, mərhəməti tanıdığı insanların qəlbinə köçürüb köçmüşdü dünyadan. Hələ neçə-neçə illər xatirələrdə canlanıb yaddaşlarda diri qalacaqdı.

Mənim üçün heç zaman ölməyəcəyini öldüyü gün anladım...

Günlər bir-birini əvəzlədikcə daha yaxşı başa düşürəm: elə ölülər var ki, sağlardan daha diridi... 

Xuraman Hüseynzadə
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaponiyanın müdafiə naziri istefa verdi

28 İyul 2017 06:47

Məkkə ətrafında ballistik raket vuruldu

28 İyul 2017 06:44

Министр обороны Японии уйдет в отставку

28 İyul 2017 06:32

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

28 İyul 2017 06:32

Körfəz sahilində villa - FOTO

28 İyul 2017 06:32

Ən xeyirli yay meyvələri

28 İyul 2017 06:18

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib

28 İyul 2017 06:02

Bakıdan İstanbula uçuşlar ləğv edilib?

28 İyul 2017 05:56

Bakıda 7 mağaza yandı

28 İyul 2017 05:54

Leonardo çoxlu qızla əylənərkən

28 İyul 2017 05:49

Məşhur filmlərin ruhunda masalar - FOTO

28 İyul 2017 05:32

Meyvəli ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

28 İyul 2017 05:27

Bakıda sərxoş piyadanı yük avtomobili vurdu - FOTOLAR

28 İyul 2017 05:23

Yaponların ömrünün uzunluğu rekord həddə çatıb

28 İyul 2017 05:19

İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi

28 İyul 2017 05:09

Azərbaycan neftinin SON QİYMƏTİ

28 İyul 2017 04:39

Balerinalar şəhərdə - FOTO

28 İyul 2017 04:32

İğtişaşlar törədən 58 nəfərə ömürlük həbs verildi

28 İyul 2017 04:28

Qüdsdə toqquşmalar: azı 120 yaralı

28 İyul 2017 04:14

"Vəziyyəti düzəltmək şansımız var" - Roman Qriqorçuk

28 İyul 2017 03:57

Bill Qeyts artıq dünyanın ən varlı adamı deyil

28 İyul 2017 03:42

ABŞ Senatı Rusiya əleyhinə sanksiyaları təsdiqlədi

28 İyul 2017 03:39

Terrorçular 50-dən çox neftçini öldürdü

28 İyul 2017 03:34

Yayda dəriyə QULLUQ QAYDALARI

28 İyul 2017 03:33

İstənilən ağac üçün pilləkən - FOTO

28 İyul 2017 03:32

Nigeriyada Boko Haram terrorçuları 50 nəfəri öldürüb

28 İyul 2017 03:07

Böyrəyindən 50 parça daş çıxdı

28 İyul 2017 03:00

Azərbaycan Pakistandan 10 təlim-məşq təyyarəsi alıb

28 İyul 2017 02:39

Yeni kolleksiya - FOTOSESSİYA

28 İyul 2017 02:32

"Ərimin qayğısından bezdim"

28 İyul 2017 02:30

Trampın Yaxın Şərq üzrə baş müşaviri də getdi

28 İyul 2017 02:29

"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq

28 İyul 2017 02:17

Avropa Liqası: "Fənərbağça", "Milan", "Everton", "Marsel" qələbəylə başladı - BÜTÜN NƏTİCƏLƏR

28 İyul 2017 02:03

İstanbula şiddətli dolu düşüb

28 İyul 2017 02:00

"Qəbələ"nin baş məşqçisi: "İstədiyimiz, oynaya biləcəyimiz səviyyədə çıxış etmədik"

28 İyul 2017 01:52

Bakıda sərxoş piyadanı yük avtomobili vurub

28 İyul 2017 01:47

Venesuela prezidenti müxalifətə danışıqlara başlamağı təklif edib

28 İyul 2017 01:42

İfaçı özündən 40 yaş kiçik qızla evlənib

28 İyul 2017 01:39

Məşhur müğənni jurnalisti maşınla vurub

28 İyul 2017 01:37

Qazaxda yeniyetmə dondurmadan zəhərləndi

28 İyul 2017 01:33

Ən böyük anbar kompleksi - FOTO

28 İyul 2017 01:32

İphone 6 plus hansı ölkədə neçəyə satılır?

28 İyul 2017 01:12

“Jara”-nın ilk günündə möhtəşəm konsert baş tutdu

28 İyul 2017 01:09

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

28 İyul 2017 01:02

Avropa Liqası: "Qəbələ" "Panatinaikos"la ilk görüşdə uduzub

28 İyul 2017 00:57

Canlı yayımda biyabırçılıq

28 İyul 2017 00:45

Avropa Liqası: “Qəbələ”dən minimalhesablı məğlubiyyət

28 İyul 2017 00:44

Kürdəxanıda arvad ərini bıçaqladı

28 İyul 2017 00:29

Qüdsdə toqquşmalar: 50 yaralı

28 İyul 2017 00:28

Dondurmadan zəhərlənmə

28 İyul 2017 00:24