Amerikanın parçalanmaq təhlükəsi - QÜTBLƏŞMƏ

Amerikanın parçalanmaq təhlükəsi - QÜTBLƏŞMƏ
11:33 28 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da ictimai tədqiqatlar təşkilatı olan ORC ilə CNN telekanalının 17-20 noyabr tarixlərində keçirdikləri sorğuda əhalinin böyük hissəsinin fundamental məsələlərdə fikir ayrılığına malik olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, sorğuda iştirak edənlərdin 50 faizindən çoxu ABŞ demokratiyasından narazıdır.

49 faiz respondent Amerikanın idarəçiliyində tək partiyanın hakim olmasını dəstəklədiyi halda, 49 faiz respondent buna qarşı çıxıb.

Ümumi nəticələrə görə, Amerika əhalisi arasında kəskin qütbləşmə yaranıb. Sorğuda iştirak edənlərin 85 faizi də ölkədə ciddi qütbləşmənin yarandığını düşünür.

Qeyd edək ki, ABŞ-da Kaliforniya ştatının müstəqil olmaq istəyi ölkənin təkcə əhaliyə görə yox, əraziyə görə də bölünə biləcəyi təhlükəsini artırıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR