"Qızıma elçilər gəlir"

"Qızıma elçilər gəlir"
11:37 28 Noyabr 2016
137 Şou
Ölkə mətbuatı
A- A+

Başımı itirmişəm, çox yorulmuşam. Hərdən deyirəm ki, kənara çəkilib, ancaq rəqslə məşğul olacam. Güzgüyə baxanda düşünürəm ki, "Hanı o göyçək Fatimə?"

Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Xəzər maqazin"ə açıqlamasında deyib. 

Sənətçi bildirib ki, həmkarları onun işinə mane olmaq istəyir:

"Xına məclislərinin dekorasiyası ilə bağlı bir şəkil çəkdirib İnstaqram-a qoyuram, səhər baxıram ki, eynisini başqa tanınmış edib. Özünüzə məxsus nəsə edin. Mənim işimi qısqanırlar. Hətta haqqımda deyiblər ki, "görəsən, hansı falçının yanına gedir işi əladır". Çörəyimə çox bais olurlar".

F.Fətəliyeva qızı Aydandan və keçmiş həyat yoldaşından danışıb. Rəqqasə bildirib ki, övladına elçi gələnlər çoxdur:

"Qızım Aydanın həm atası, həm anasıyam. Hər şeyi Allahın öhdəsinə buraxmışam. Qızıma elçilər gəlir, amma istəmirəm. Universiteti bitirsin, ondan sonra ailə haqda düşünər. Ən böyük arzum qızımı bir ailənin kübar xanımı görmək və nənə olmaqdır. Keçmiş ərimi qızımın toyuna buraxacam. Kinli insan deyiləm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/493697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR