Ramil Usubov general qaynına yeni vəzifə verdi

Ramil Usubov general qaynına yeni vəzifə verdi
11:42 28 Noyabr 2016
423 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin rəis müavini Səfər Əliyev tutduğu vəzifədən azad edilərək DİN Katibliyin rəisi təyin edilib.
 
Qeyd edək ki, Katibliyin rəisi olmuş, polis general-mayoru Nüsrət Şirinov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.
 
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.
 
N.Şirinov R.Usubovun qaynıdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR