İranyönlü silahlı qruplamaya İraqın hərbi birləşməsi statusu verilib

İranyönlü silahlı qruplamaya İraqın hərbi birləşməsi statusu verilib
11:47 28 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ İraq parlamenti İranyönlü “Haşdi Şəbi” silahlı qruplaşmasına ölkə Silahlı Qüvvələrinin hərbçi birləşməsi statusu verib.
“Report” “Hürriyet”ə istiadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi bildirib. 
O qeyd edib ki, “Haşdi Şəbi”yə aid bütün qruplar İraqın dövlət rəmzlərini daşıyır və onu qoruyurlar”.
Parlamentin qəbul etdiyi uyğun əsasnamədə bildirilib: “Haşdi-Şəbi”yə aid bütün qruplar İraq baş nazirinin əmr və təlimatları əsasında fəaliyyə göstərir; qruplaşmanın təmsilçiləri əmək haqqı, mükafat və təqaüd haqqına sahibdirlər”.
İnformasiyaya görə, İraq parlamentidəki 327 deputatın 208-i bu qanun layihəsinin lehinə səs verib.
Qeyd edək ki, bu silahlı qruplaşmanın İraqda terrorçu İŞİD-ə qarşı mübarizə apardığını bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ranyonlu-silahli-qruplamaya-i-raqin-herbi-birlesmesi-statusu-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR