Bu il AÇG-də hasilat ötən ilki səviyyədə qalacaq

Bu il AÇG-də hasilat ötən ilki səviyyədə qalacaq
11:47 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 2016-cı il üzrə hasilat ötən ilki səviyyədə olacaq. 
"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 
B.Aslanbəyli qeyd edib ki, bu il layihə üzrə xərclər ötən ilkindən az olub: "Buna baxmayaraq, hər hansı problem yaranmazsa, ilin sonuna 2016-ci il üzrə hasilat ötən ilki səviyyədə qalacaq". 
Qeyd edək ki, AÇG-dən neft hasilatı 2015-ci ildə 31,3 mln. ton təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-acg-de-hasilat-oten-ilki-seviyyede-qalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR