Rafet El Roman həyat yoldaşını bu gözələ dəyişdi - FOTOLAR

Rafet El Roman həyat yoldaşını bu gözələ dəyişdi - FOTOLAR
11:48 28 Noyabr 2016
118 Şou
Ölkə mətbuatı
A- A+

26 yaşlı həyat yoldaşından bu yaxınlarda boşanan 46 yaşlı Rafet El Roman məşhur aktrisa ilə görüntülənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rafet El Romanla Tuvana Türkayla dünən restorandan çıxarkən jurnalistlərin kameralarına tuş gəlib. Türkay çıxışda sürpriz bir hadisəni qeyd etdiklərini deyib. Cütlük jurnalistlərin “Sevgilisinizmi?” sualını isə cavabsız qoyub.

Türkay Romanın maşınına minəndə yaxınlaşan bir satıcı "Gəlinə bunu alarsan?” deyərək müğənniyə tac uzadıb. Roman qəhqəhə ataraq aldığı tacı Türkaya verib.

Xatırladaq ki, ötən ay Türkayın müğənni ilə selfilərini instagram səhifəsində paylaşaraq "Hər yerdən keçərik, kölgələrdən nə çarə" statusunu yazması şübhə yaratmışdı. Roman isə Türkayın adını işarələyərək fotoya "Keçərik əlbəttə" rəyini qeyd etmişdi.

Qeyd edək ki, Rafetlə Türkayın yeni duetini təqdim etməyə hazırlaşdığı da deyilir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/177612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR