"Xocalı faciəsinin 25 illiyi ilə bağlı qanun layihəsi hazırlanacaq"

"Xocalı faciəsinin 25 illiyi ilə bağlı qanun layihəsi hazırlanacaq"
11:52 28 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 3 ay ərzində Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar soyqırımla bağlı qanun layihəsi hazırlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması üçün hazırlıq işlərinə noyabrın 20-dən başlanılıb:

"Xocalı faciəsinin törədilməsindən artıq 25 il ötür. Qanun layihəsini Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim edə biləcəyik. Layihənin hazırlanmasında ictimaiyyətin də fikrini nəzərə alacağıq".

B.Muradova qeyd edib ki, bəşəriyyət əleyhinə cinayət törədən ölkələrin rəsmiləri cavab verməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR