Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Dövlət Sirkinin payız proqramı

Bakı Dövlət Sirkinin payız proqramı

Date: 28 November 2016 11:57

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı Dövlət Sirkinin bir ay davam edən “İntersirk-3” payız proqramı sona çatıb.
“Report” xəbər verir ki, proqramda Çili, Rusiya, İtaliya, Belorus, QvatemalaUkraynanın dünya şöhrətli sirk ustalarının yer alıb, çoxsaylı nömrələr təqdim edilib.
Yeni payız proqramında qeyri-adi illüziya, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun və s. nömrələr tamaşaçılara təqdim olunub. Bu mövsüm təqdim olunan nömrələrdə it, poni, öküz, dəvə, pələng və s. kimi əhliləşdirilmiş heyvanlarla da rəngarəng nömrələr təqdim edilib.
Qeyd edək ki, proqramda eyni zamanda həmvətənlərimizin - Rusiyanın xalq artisti Rafiq Əliyevin akrobatlar komandası və təlimçi Ələkbər Nəsirovun “ispan” atraksionu da nümayiş olunub.
Müxbir: Aynur Osmanqızı


















Tags:  Bakı Dövlət Sirkinin payız proqramı

RƏYLƏR


Top news