Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycandan hərbi tribunala MÜRACİƏT

Azərbaycandan hərbi tribunala MÜRACİƏT

Date: 28 November 2016 11:59

Azərbaycan Xocalı soyqırımına hüquqi qiymətin verilməsi ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək.

 

APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında vitse spikeri Bahar Muradova bildirib.

 

O qeyd edib ki, soyqırımından 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən hələ də heç kim cəzalandırılmayıb.

 

B. Muradovanın sözlərinə görə, “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.


Tags:  Azərbaycandan hərbi tribunala MÜRACİƏT


RƏYLƏR


Top news