Yeni Baş katib BMT-də aparılacaq islahatların prioritet istiqamətlərini açıqlayıb

Yeni Baş katib BMT-də aparılacaq islahatların prioritet istiqamətlərini açıqlayıb
12:07 28 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bürokratiyaya qarşı mübarizə, idarəetmə aparatının optimallaşdırılması, BMT institutları daxilində koordinasiyanın gücləndirilməsi və sülhməramlı əməliyyatlar sahəsində fəallığın artırılması BMT-nin həyata keçiriləcək daxili islahatlarının prioritet istiqamətləri olmalıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterriş Çinin xarici işlər naziri Van Yi ilə birgə mətbuat konfransında bildirib.
"Bu, ilk növbədə BMT institutları arasında koordinasiya və məsuliyyətin gücləndirilməsi, eləcə də onların bir məqsəd uğrunda işlədiklərindən, bir-birinin funksiyasını təkrarlamamasından əmin olmaq üçün bir araya gətirilməsidir", - deyə A.Quterriş vurğulayıb.
Sülhməramlı əməliyyatlar mövzusuna toxunan baş katib BMT sülhməramlı qüvvələrinin təchizat və hazırlığının yaxşılaşdırılmasının, eləcə də insan hüquqları ehtiyaclarına tam cavab vermələri üçün qabiliyyətlərinin artırılmasının zəruri olduğunu qeyd edib.
"Bu yaxınlarda qadın və uşaqların hüquqlarının pozulması ilə bağlı gördüklərimizin təkrarlanmasının qarşısını almaq üçün bu cür addımlar lazımdır", - deyə BMT baş katibi bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/antoniu-quterris-bmt-de-aparilacaq-islahatlarin-prioritet-istiqametlerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR