Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gürcüstanın yeni hökuməti fəaliyyətə başlayıb

Gürcüstanın yeni hökuməti fəaliyyətə başlayıb

Date: 28 November 2016 12:07

Bakı. 28 noyabr. REPORT.AZ/ Gürcüstan Nazirlər Kabinetinin yenidən formalaşdırılması başa çatıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, baş nazir Georgi Kvirikaşvili yeni hökumətin fəaliyyətə başlaması ilə bağlı sərancam imzalayıb.
İnformasiyaya görə, yenilənən hökumət noyabrın 28-dən vəzifəsinin icrasına başlayıb.
Məlumata görə, noyabrın 26-da ölkə parlamentinin 150 deputatından 110-u yeni hökumətin lehinə səs verib, 19 deputat isə əleyhinə olub. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin müxalifətdə olan “Milli Birlik Hərəkatı” Nazirlər Kabinetinin yeni üzvlərini dəstəkləməyib. M.Saakaşvili tərəfdarı olan deputatlar səsvermə başlayanda parlamentin iclas zalını tərk ediblər.



Tags:  Gürcüstanın yeni hökuməti fəaliyyətə başlayıb

RƏYLƏR


Top news