Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanda səfərdədir

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanda səfərdədir

Date: 28 November 2016 12:12

Bakı. 28 noyabr. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanda səfərdədir.
İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iranlı nazir "Bakutel" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edəcək.
Bundan əlavə, M.Vaezinin Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulub.
Eyni zamanda, M.Vaezinin Naxçıvan-Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək üçün Naxçıvan səfər edəcəyi gözlənilir.


Tags:  İranın rabitə informasiya texnologiyaları naziri Azərbaycanda səfərdədir

RƏYLƏR


Top news