Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp əks hücuma keçdi – Klintonu öz silahı ilə vuracaq

Tramp əks hücuma keçdi – Klintonu öz silahı ilə vuracaq

Date: 28 November 2016 12:13

ABŞ-da prezident seçkilərindən 20 gün keçməsinə baxmayaraq, səslərin sayılmasında saxtakarlığın edildiyinə dair iddialar gündəmdən düşmür.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, seçkilərin qalibi olan Donald Tramp Virciniya, Nyu-Hempşir və Kaliforniya ştatlarında seçki saxtakarlığının edildiyini söyləyib.

Sözügedən ştatlarda Trampın rəqibi Hillari Klinton qələbə qazanıb.

Qeyd edək ki, Yaşıllar Partiyasından olan namizəd Jill Steyn Donald Trampın Viskonsin ştatında qazandığı səslərin yenidən sayılması üçün Seçki Komissiyasına müraciət edib.

Jill Steyn iddia edib ki, seçki zamanı təşkil edilən kiber hücumlar nəticələrə təsir edib. Komissiyanın açıqlamasında bildirilir ki, müraciət edildikdən sonra ştatda səslərin yenidən sayılması üçün lazımi hazırlıqlar aparılır.

Klintonun köməkçiləri üç ştatda səslərin təkrar sayılmasında iştirak etməyə hazır olduğunu açıqlayıb. Bu haqda Klintonun seçkiqabağı qərargahının hüquqşünası Mark Elias bildirib. Daha əvvəl səsvermə hüququ üzrə mütəxəssislər qrupu Klintonu kiberhücumlar haqqında iddiaların yoxlanılması üçün Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında səslərin təkrar sayılmasına nail olmağa çağırıblar.

Donald Tramp isə hesab edir ki, səslərin yenidən sayılması zaman və pul itkisidir.

Ömər Dağlı


Tags:  Tramp əks hücuma keçdi Klintonu öz silahı vuracaq

RƏYLƏR


Top news