Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Sumqayıtda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Date: 28 November 2016 12:17

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rövşən Səfərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərindəki kafelərdən birində baş verib. Sumqayıt sakini R.Səfərov tanışı Emin Əhmədov və Pərvin Qarayevi bıçaqlayıb. Əvvəllər məhkum olunmuş R.Səfərov daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 8 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Tags:  Sumqayıtda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

RƏYLƏR


Top news