Ali təhsilə can atıb peşəsiz qalanlar - ARAŞDIRMA

Ali təhsilə can atıb peşəsiz qalanlar - ARAŞDIRMA
12:23 28 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

“İndiki ağlım olsaydı, bərbər olardım. Hüquq fakültəsini bitirmişəm, amma başqa bir sahədə çalışıram. Yəni nə istədiyim işdə çalışıram, nə də oxuduğum sahədə”.

Müsahibimiz Kamilə Hüseynova bir vaxtlar əlçatmaz ixtisaslardan hesab olunan hüquq fakültəsini bitirib. Təhsil alıb, amma hüquqla əlaqəsi elə 4 illik təhsillə yekunlaşıb. Həyat onu tam başqa bir sahəyə yönləndirib. Dediyi kimi nə istədiyi, nə də seçdiyi peşədə çalışır. Onun hüququ bərbərliklə müqayisə etməsi əbəs yerə deyil.

Çünki təkcə bu il 3 universitetdə hüquq fakültəsinə 100 nəfər qəbul olunub. Onlardan neçəsinə bu sahədə ehtiyac duyulması isə hələ sual altındadır.

Bu günlərdə özəl təsərrüfat sahiblərindən biri aqronom axtarırdı, maaş isə nə az, nə çox 2 min manat. Hüquqşünasın bol olduğu dövrdə aqronom çıraqla axtarılır. Lakin nədənsə, bu gün ölkəmizdə ilk peşə təhsili və aqrar sektora maraq çox aşağıdır. 210 bal toplayıb aqronomluğa yuxarıdan aşağı baxan şəxs, iqtisadçı olmağa iddialıdır.

Finlandiyada 43, Azərbaycanda 11 faiz

Bizdən fərqli olaraq 200 illik təhsil ənənəsi olan Finlandiyada şagirdlərin 43%-i peşə liseylərinə yönəlir. Məktəblərdə normal təhsillə bərabər peşə təhsili də verilir. Hər şagird məktəbi bitirdiyi zaman marağında olduğu peşəyə yiyələnəcək qabiliyyətə sahib olur. Şagirdlər arasında aparılan sorğudan məlum olur ki, hər sinifdən 1-2 nəfər mühəndis, ya da həkim olmaq istəyir, çoxu aşpaz, idmançı və ya xidmət sahəsində peşələr seçəcəyini söyləyir. Bu o demək deyil ki, fin uşaqlarının hamısı istedadlıdır, sadəcə təhsil sistemi kütlədən brilyant yetişdirə bilir. Hər bir şagirdə qabiliyyətinə uyğun yanaşılır və onun peşəkar ola biləcəyi sahə cilalanır.

Bu mənada Finlandiya təhsil sistemindən öyrənəcəklərimiz var. Çünki son təhlillərə görə, ölkəmizdə IX sinfi bitirən və buraxılış imtahanında “2” və “3” qiyməti alan uşaqların 30%-i sonradan məktəbi atır, X-XI sinifdə oxumur. Bəs bu uşaqlar hara gedir?

Bu sualın hələ ki, bir cavabı yoxdur. Çünki bu araşdırılmayıb. Amma onların peşə məktəblərinə yönləndirilmədikləri dəqiqdir.

Belə ki, Azərbaycanda orta məktəb məzunlarının yalnız 11%-i ilk peşə-ixtisas təhsili məktəblərinə müraciət edir. Əvvəl bu rəqəm daha çox olurdu.

Bunu isə biz yox, Təhsil Nazirliyinin ilkin peşə ixtisas təhsil sektorundan deyirlər. Məlumata görə, peşə məktəbi məzunlarının yalnız 10-11%-i təhsilini davam etdirir. 2015-16-cı tədris ilində ilk peşə-ixtisas təhsil müəssisələrinə 16990 şagird qəbul olub.

Səbəbi və nəticələri ekspertlərlə birlikdə axtarmağa çalışdıq.

Cədvəldə var, məktəblər keçmir

Təhsil eksperti Əjdər Ağayev Azərbaycanda tarixən peşə təhsilinə marağın zəif olduğunu deyib. Son vaxtlar bu sahəyə diqqətin artırılmasına toxunan Ə.Ağayev birdən-birə vəziyyətin dəyişməsinin real olmadığını düşünür: “Ümumtəhsil məktəbini bitirənlər qonşudan geri qalmamaq üçün ali təhsil almağa çalışırlar. Lakin təhsil uşağın qabiliyyəti, marağına uyğun olmalıdır. Şagirdlərə potensialına uyğun olaraq peşə bacarığı aşılanmalıdır ki, istədiyi peşə ilk peşə təhsili müəssisələrindən başlasınlar”.

Ekspert məktəblərdə ilk peşə təhsilinə marağına artırmaq üçün ölkəmizdə zəngin təcrübənin olduğunu deyir: “30 il bundan əvvəl məktəblərdə xüsusi peşə yönümlü işlər aparılırdı. Aşağı sinifdən başlayaraq çilingər, operatorluq, iaşə xidmətləri barədə məlumatlı olurdular. Özlərinə uyğun bildikləri peşəyə istiqamətlənirdilər. Peşə məktəblərinin həmin dövr üçün yaxşı maddi texniki bazarı var idi. Məzunları da bazarda özlərinə uyğun yer tapırdılar. Bəzən ali təhsilli mütəxəssis peşə məktəbi məzunu olmuş şəxsdən öyrənirdi. Peşə təhsili ilə bağlı kitablar nəşr olurdu. O zaman ibtidai sinifdə əmək təlimi, yuxarı siniflərdə istehsalat təlimi dərsləri keçilirdi. Bu gün isə cədvəldə texnologiya dərsi var, məktəblər isə keçmir. Məktəb təsərrüfatları var idi və indiki kimi kommersiya məqsədli deyildi, faydalı əmək adlanırdı. Bu prosesdə uşaqlar əmək vərdişlərinə yiyələnirdilər. Hər bir məktəbin əlaqə saxladığı sənaye müəssisəsi var idi. Şagirdlər həmin müəssisələrdə prosesi canlı izləyir və həvəslənirdi. Bu gün sistemlilik yoxdur. Bütün diqqət ali təhsilə yönəlib. Hamı da ali məktəbə qəbul ola bilmir, nəticədə iş özünü öldürməyə qədər gedib çıxır. 1,5,8-ci siniflərdən uşaqlar repititor hazırlığına istiqamətləndirilsə, burada valideyn, məktəb və hətta təhsili təşkil edən idarəçilər də günahkardır. Repititorluq ümumtəhsil məktəbinin səviyyəsini o qədər endirib ki, peşə məktəbi yada düşmür”.

Ancaq 3 alan peşə məktəbinə getməlidir?

Azərbaycan Respublikası Təhsil İnstitutunun Peşə - ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov ilk peşə təhsilinə marağın az olmasını bu sahəyə işəgötürənlə peşə təhsil müəssisələri arasında əlaqələrin çox zəif olması ilə əlaqələndirir: “Sahibkarın orta və ilk peşə-ixtisas təhsili müəssisələrlə əlaqəsi olmalıdır. Onlar peşə məktəbləri ilə işləməyə maraqlı olmalıdır. Həm də orta məktəblərində keçirilən texnologiya dərslərində peşələr haqqında ilkin məlumatlar verilməli, peşə məktəblərinin orta məktəblərlə əməkdaşlığl gücləndirilməlidir. Əvvəllər peşə yönümü mərkəzlər var idi. Hətta şagirdlər hansısa peşə üzrə təhsil alıb, sonradan orta və ya ali ixtisas təhsilinə yönələ bilərlər. Məsələn, ali təhsilli aqronom, heyvandarlıq üzrə mütəxəssis olmaq istəyirsə, əvvəl peşə təhsili alıb, sonra təhsilin digər pillələrini seçə bilər. Belə şəxslər həm idarəetmə, həm də sahəni bilmək mənasında çox dəyərli mütəxəssis olur”.

R.Əsgərov hesab edir ki, peşə təhsilində əsas problem ən aşağı qiymətlərlə oxuyanların müraciət etməsidir: “Lakin ümumi təhsil fənlərini yaxşı mənimsəməyən biri peşəyə də yiyələnə bilməz. Çünki indi peşə təhsilində primitiv şeylər öyrədilmir. Baza təhsili zəifdirsə, peşəkar olmaq müşküldür. Yaxşı inşaat mühəndisi olmaq üçün yaxşı bənna, rəngsaz olmaq lazımdır. İstehsalata gələndə əlinin altında işləyən fəhlələr praktikanı ondan yaxşı bilməsin. Uzun müddət bu sahədə işləyən biri kimi bütün ixtisas sahiblərinə orta məktəbdə peşə təhsilini minimum səviyyədə olsa belə, verilməsinin tərəfdarıyam. “Zəif oxuduğuna görə peşə məktəbinə getsin” ideyası özünü doğrultmur”.

Bu gün məktəblərdə tədris edilən texnologiya dərslərinin peşə təhsilinə marağı nə qədər artıra biləcəyinə gəldikdə, R.Əsgərov ümidlidir: “Texnologiya fənləri peşə haqqında minimum bilik və bacarıqlar verir. Həm də hər bir sahə üzrə yeni bacarıq əldə etməyin yollarını öyrənirlər. Bu dərslərdə şagirdə sadəcə xörək bişirmək yox, iaşə xidmətində uğur üçün bəhrələnilə biləcək məlumatları öyrədirlər. Əlbəttə, peşə öyrətmək üçün ən yaxşı variant peşə təhsili müəssisələrində olmaqdır. Şagird ət və ət məhsulları, şirniyyatın necə emal edildiyini görsə, onun peşəyə münasibəti daha fərqli olacaq. Sadəcə kabinet mühitində sözlə ifadə edilməsi ilə birbaşa yerində görməsi daha effektli olar”.

Vakansiyaların 70%-ə qədəri məhz peşə təhsilini əhatə edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov deyir ki, peşə məktəblərini bitirənin təcrübəsi olmadığı halda onları çətinliklə işə qəbul edirlər: “Sahibkar qısa müddətdə daha çox gəlir əldə etmək istəyir və ona təcrübəli kadr lazımdır. İşəgötürən azı bir il iş təcrübəsi tələb edir. Təcrübəsi olmayan işçi onlara uyğun gəlmir. Peşə təhsili alanlar isə çox zaman çətinliklə işə qəbul olurlar. Əslində bizim vakansiyaların 70%-ə qədəri məhz peşə təhsilini əhatə edir. Ancaq peşə təhsili alanların məşğul əhali içərisində sayı azdır. Buna görə peşə təhsilinə ehtiyac daha çoxdur. Lakin peşə təhsili alanlar iş tapmaq üçün daha yaxşı təhsil almalıdır. Bəzi peşələr var ki, mənəvi baxımdan köhnəlib, onlara ehtiyac duyulmur. Daha müasir texnologiyanı anlayan məzunlara ehtiyac var. Bu sahədə çətinliklər yaşayırıq”.

Şöbə müdiri peşə təhsili məzunlarının daha yaxşı işlə təminatı üçün əmək bazarı ilə təhsil bazarı arasında əlaqə yaradılmasının vacib olduğunu vurğulayır. O, bu barədə artıq Təhsil Nazirliyi ilə danışıqlar aparıldığını deyir: “Məqsəd sahibkarların tələbələrə təhsil aldıqları müddətdə təcrübə keçmək imkanları yaratmalarıdır. Ümumi vakansiya bazasının yaradılması nəzərdə tutulub. Bu zaman iş tapmaq daha asan olacaq. Təcrübəsiz olduğuna işsiz qalanların problemini həll etməyin yeganə yolu sahibkarların bu sahəyə marağını artırmaq və əlaqəni yaratmaqdır. Lakin hazırkı durumda sahibkarlar daha az maraq göstərir.

Düzdür, bəzi peşə məktəblərini bitirənlər daha tez işlə təmin edilir. Bunun da səbəbi həmin məktəblərin peşəni öyrətmək üçün müasir avadanlıqlarla təmin edilməsidir. Bu, əsasən, aşpaz, neft sahəsi ilə bağlı operator, peşəkar fəhlələrin hazırlanmasında müşahidə edilir, onlar əmək bazarında daha yaxşı iş tapırlar”.

Gülxar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəkillərdəki hisslər və emosiyalar - FOTO

22 İyul 2017 04:32

Facebooka görə ərindən boşandı

22 İyul 2017 04:14

"Brent" markalı neftin qiyməti təxminən 3% düşüb

22 İyul 2017 04:02

İordan çayının qərb sahilində insident:

22 İyul 2017 03:44

Çoxmərətəbli yaşayış evinin gözəlliyi - FOTO

22 İyul 2017 03:32

Gəncədə ana və övladını maşın vurdu

22 İyul 2017 03:19

Paytaxtda "Chery" yandı

22 İyul 2017 03:09

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR

22 İyul 2017 02:38

50 yaşlı kişinin üstünə qaynar su töküldü - Göygöldə

22 İyul 2017 02:34

Gənc fotoqrafın işləri - FOTO

22 İyul 2017 02:32

Məşhur müğənni dəfn edildi -

22 İyul 2017 02:29

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib

22 İyul 2017 02:17

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi -

22 İyul 2017 01:58

Bakıda 3 otaqlı ev yandı

22 İyul 2017 01:54

Füzulidə 100 hektar taxıl sahəsi yandı

22 İyul 2017 01:49

Hikmət Babaoğlu işçisi haqqında status paylaşdı

22 İyul 2017 01:42

Bakıda fərdi evdə yanğın baş verib

22 İyul 2017 01:38

Fələstinli İordan çayının Qərb sahilində 3 israillini qətlə yetirib

22 İyul 2017 01:37

Ştutqartda uşaq bağçası - FOTO

22 İyul 2017 01:32

Azərbaycanda milli mətbuatın 142-ci ili qeyd olunur

22 İyul 2017 01:29

Xəzərdə zəlzələ olub

22 İyul 2017 00:59

DƏHŞƏT: Göbəyi kəsilməmiş körpəni zibilliyə atdılar

22 İyul 2017 00:53

"İstanbul Başakşehir"dən daha 2 transfer

22 İyul 2017 00:47

"Allahım, sən kömək et" -

22 İyul 2017 00:47

Xəzərdə zəlzələ oldu

22 İyul 2017 00:29

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 00:27

"Çelsi" yeni transferini təqdim etdi -

22 İyul 2017 00:27

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

22 İyul 2017 00:17

Bu gün Milli Mətbuat Günüdür

22 İyul 2017 00:09

Astroloji proqnoz - 22 iyul

22 İyul 2017 00:08

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

22 İyul 2017 00:05

Sudan daha faydalı içkilər - SİYAHI

22 İyul 2017 00:05

Günün qoroskopu: seçdiyiniz yoldan sapmayın

22 İyul 2017 00:05

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 00:02

"Schalke" futbolçulara qeyri-adi cəza kəsəcək

21 İyul 2017 23:57

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

21 İyul 2017 23:57

Qadının böyrəyini oğurladılar

21 İyul 2017 23:57

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - FOTO

21 İyul 2017 23:57

Fələstindən ŞOK QƏRAR:

21 İyul 2017 23:57

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

21 İyul 2017 23:44

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

21 İyul 2017 23:42

ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

21 İyul 2017 23:37

Fələstin İsraillə bütün əlaqələri dondurub

21 İyul 2017 23:32

"Yuventus" Bonuççinin yerinə kimi gətirəcək?

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

21 İyul 2017 23:32

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb -

21 İyul 2017 23:29

Göyçayda “VAZ” ağaca çırpıldı - 3 yaralı

21 İyul 2017 23:24

Telefonunuzu kimlərin izlədiyini öyrənin

21 İyul 2017 23:20

3D restoranda 300 dollarlıq yemək - FOTO

21 İyul 2017 23:17