Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

QMİ sədrinin müavini: “İmam və axund təyin edilməyən məscidlərdə insanların beyni cihad fikirləri ilə doldurulur”

QMİ sədrinin müavini: “İmam və axund təyin edilməyən məscidlərdə insanların beyni cihad fikirləri ilə doldurulur”

Date: 28 November 2016 12:27

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda 2100 məscid var və onlardan 600-ə yaxınına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axund və imam təyin ounub. 
"Report"un xəbərinə görə, bu barədə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib.  
Onun sözlərinə görə, digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir: "Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar".
S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund göndərə bilmirlər.


Tags:  QMİ sədrinin müavini İmam axund təyin edilməyən məscidlərdə insanların beyni cihad fikirləri doldurulur

RƏYLƏR


Top news