Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyada Göyçay sakini itkin düşüb

Rusiyada Göyçay sakini itkin düşüb

Balıqçı qayığı gəmi ilə toqquşdu - İtkin düşənlər var (20 Mart 2017 23:53)
Balıqçı qayığı gəmi ilə toqquşub, itkin düşənlər var (20 Mart 2017 22:42)
Liviya sahillərində Türkiyə gəmisi batıb: 7 nəfər itkin düşüb (16 Mart 2017 21:32)

Tarix: 28 Noyabr 2016 12:29

Rusiyada Azərbaycan vətəndaşı itkin düşüb. Lent.az-ın məlumatına görə, noyabrın 8-dən Göyçay rayon sakini Zeynalov Elşən Ağaveyis oğlundan xəbər yoxdur. Həmin gündən onun telefonuna zəng çatmır.

Elşəni sonuncu dəfə Ryazan şəhərində kafelərin birində görüblər. Həmin kafedə həmyerlilərinə bildirib ki, Ulyanovsk şəhərinə, tərəvəz gətirməyə gedəcək. Noyabrın 8-də yaşadığı evin Valya adlı sahibəsi ilə vidalaşaraq evdən gedib.  Və həmin gündən ondan xəbər yoxdur.

Elşən Zeynalovun qardaşı Elxan hazırda onun axtarışı üçün Rusiyadadır. Amma hələ ki qardaşıyla bağlı bir məlumat ala bilməyib.


Teqlər:  Rusiyada Göyçay sakini itkin düşüb



RƏYLƏR


Top xəbərlər