Qubada avtomobil piayadanı vuraraq öldürüb

Qubada avtomobil piayadanı vuraraq öldürüb
12:32 28 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Pivahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, rayon sakini 1964-cü il təvəllüdlü İlham Nəcim oğlu İdrisov yolu keçmək istəyərkən sürücüsü hələlik məlum olmayan "Audi"  markalı avtomobil tərəfindən vurulub. Nəticədə İ.İdrisov ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, həkimlərin müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdıərmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-avtomobil-piayadani-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR