Nazir müavini: "Azərbaycan yeni bazarları öyrənir"

Nazir müavini: "Azərbaycan yeni bazarları öyrənir"
12:37 28 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan öz məhsullarının tədarükü üçün yeni bazarları öyrənir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BP-nin ölkədə sahibkarlığın inkişafı üzrə proqramının icrasına həsr olunmuş tədbirdə deyib.

Nazir müavini Azərbaycanda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsal edildiyini qeyd edib: "Ölkədə aparılan iqtisadi siyasət hesabına hazırda çox rəqabətədavamlı və ixrac yönümlü məhsullar istehsal edilir, beynəlxalq standartlara cavab verən müəssisələr yaradılır".

S.Məmmədov vurğulayıb ki, dövlət başçısı sahibkarlığın inkişafına xüsusi diqqət ayırır: "Dünyada gedən iqtisadi proseslər Azərbaycana da təsir edib, lakin dövlət başçısının siyasəti sayəsində biz bu prosesə qarşı davamlılıq nümayiş etdiririk. Bizə çevik mexanizmlər və ölkədə sahibkarlığın inkişafı prosesini sürətləndirmək lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR