Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Braziliya klubu 22 ildən sonra yenidən çempion olub

Braziliya klubu 22 ildən sonra yenidən çempion olub

Date: 28 November 2016 12:42

Bakı. 28 noyabr. REPORT.AZ/ Braziliyanın "Palmeyras" klubu 22 illik fasilədən sonra ölkə çempion olub. "Report"un məlumatına görə, San-Paulu təmsilçisi A Seriyasının başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Komanda 37-ci turda "Şapekoense" ilə ev oyunundan qalib ayrılıb - 1:0. Belədə komanda ən yaxın izləyicisi "Flamenqo"nu 7 xal qabaqlayıb.
Qeyd edək ki, "Palmeyras" ölkə çempionatında sonuncu dəfə 1994-cü ildə çempion olub. "Ağ-yaşıllar" ümumilikdə 9 dəfə qızıl medallara sahib çıxıb. 


Tags:  Braziliya klubu 22 ildən sonra yenidən çempion olub

RƏYLƏR


Top news