"Onlar məndən və Coşqundan da istedadlıdırlar" - video

"Onlar məndən və Coşqundan da istedadlıdırlar" -  video
12:46 28 Noyabr 2016
118 Şou
Ölkə mətbuatı
A- A+

“Məni dərs demək üçün Mədəniyyət və İncəsənət Universitetinə dəvət etdilər. Ora bəhanə ilə getdim. "Gəlmirəm" demək, bir az saymamazlıq olur. Dedim ki, mənim səfərlərim var, dərs demək alınmayacaq".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Rafael İsgəndərov ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişinə açıqlamasında deyib.

"Bu şəhərdə"nin aktyoru ona olunan müəllimlik təklifindən imtina etməsinin səbəbini açıqlayıb:

"İçimdə böyük bir qorxu var idi. Fikrimi bir neçə nəfərə dedim, ancaq mənim bu sözümü təvazökarlıq saydılar. Dedim ki, özüm hələ tələbəyəm. Aktyor neçə yaşında olur olsun, ölənə qədər gündə bir şey öyrənir. Sən hər dəfə öz təcrübənə nələrsə, əlavə edirsən. Ona görə də təklifdən imtina etdim”.

R.İsgəndərov teatr aktyorlarından söz açıb:

“Teatrlarda çox istedadlı aktyor və aktrisalarımız var. Amma ulduzunun parlaması, efirə çıxmaq, tanınmaq, bütün bunlar Allah tərəfindən verilən bir şansdır. Hal-hazırda Rafael və Coşqundan qat-qat istedadlı aktyorlar var. Biz özümüz dəfələrlə gedib tamaşalarda onlara baxırıq və deyirik ki, çox istedadlı insanlardır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR