Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəli azarkeşlər millimizin hücumçusundan narazılıq edir

Türkiyəli azarkeşlər millimizin hücumçusundan narazılıq edir

Date: 28 November 2016 12:57

Azərbaycan millisinin debütantı Dəniz Yılmazın klubu "Bursaspor"da çıxışı birmənalı qarşılanmır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard bu mövsüm hələ də qol hesabını aça bilməyib.

Superliqada son qolunu ötən mövsüm "Akhisar"ın qapısından keçirən futbolçunun çempionatın ötən turunda "Qalatasaray"la qarşılaşmadakı oyunu azarkeşlərin narazılığına səbəb olub. Ötən mövsüm "Konyaspor"la görüşdə zədələnən və yay fasiləsində Almaniyada əməliyyat olunan Yılmaz bu üzdən mövsümün startını buraxmışdı.
 
Getdikcə tam sağalan forvardı baş məşqçi Hamza Hamzaoğlu son 6 oyunun hamısında 90 dəqiqə meydanda saxlasa da, futbolçu 540 dəqiqə ərzində rəqib qapılarına yol tapa bilməyib. Yığmamızın üzvü yalnız "Alanyaspor"la matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsüm Superliqada keçirdiyi 13 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Türkiyəli futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə görüşdə yığmamızın heyətində debüt edib.

Milli.Az


Tags:  Türkiyəli azarkeşlər millimizin hücumçusundan narazılıq edir

RƏYLƏR


Top news