Azərbaycan Kubokunda 1/8 final oyunlarının başlama saatı açıqlanıb

Azərbaycan Kubokunda 1/8 final oyunlarının başlama saatı açıqlanıb
12:57 28 Noyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mərhələnin görüşləri 2 gün ərzində gerçəkləşəcək.
İlk oyunda I Divizion təmsilçisi MOİK Premyer Liqada çıxış edən "Sumqayıt"ı qəbul edəcək. Mərhələnin son matçında isə "Qarabağ" və "Səbail" klubları-üz-üzə gələcək. "Şahdağ" isə "Kəpəz"i Qusarda deyil, "Bayıl Arena"da qəbul edəcək. 
2 dekabr
14:00. MOİK - "Sumqayıt"
Bakı. "Bayıl Arena"
15:00. "İnter" - "Qaradağ Lökbatan"
Bakı. "İnter Arena" (CBC Sport, canlı)
16:00. AZAL - "Rəvan"
Bakı. "AZAL Arena"
17:00. "Neftçi" - "Şərurspor"
Bakı. "Bakcell Arena"
3 dekabr
13:00. "Turan Tovuz" - "Zirə"
Tovuz. Tovuz şəhər stadionu
13:00. "Şahdağ" - "Kəpəz"
"Bayıl Arena"
15:00. "Qəbələ" - "Zaqatala"
Qəbələ. Qəbələ şəhər stadionu
17:00. "Qarabağ" - "Səbail"
Bakı. "Azersun Arena" (CBC Sport, canlı)

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kubokunda-1-8-final-oyunlarinin-baslama-saati-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR