"Anne"nin aktrisası: "Hər qadın ana ola bilməz" - FOTO

"Anne"nin aktrisası: "Hər qadın ana ola bilməz" - FOTO
12:57 28 Noyabr 2016
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son zamanlar "Anne" serialındakı "Zeynəb" obrazı ilə gündəmdə olan Cansu Dere "Hürriyet" qəzetinə müsahibə verib və fotokamera qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fotosessiyada fərqli obrazlara bürünən aktrisa "Möhtəşəm yüz il"dən sonrakı dönüşü haqda belə danışıb:

"Hər şey qısa müddətdə oldu. Bu ssenari daha əvvəl Yaponiyada çəkilib. Əvvəl onu izlədim, çox təsirləndim. Sonra rejissorumuz Merve Girginlə tanış oldum. İşə başladıq. Yayım tarixi bəlli olduğu an gərginləşməyə başladım. Reytinqdən daha çox bu işinin nəticəsi və məsuliyyətini düşünürdüm".

O, serialın ssenarisində olduğu kimi "Ana sizi böyüdən, yoxsa dünyaya gətirəndir?" sualına belə cavab verib:

"Vəziyyətə görə dəyişir. Amma hansı zəhmət çəkibsə odur. Hər övlad dünyaya gətirən qadın ana ola bilmirsə, deməli, hər doğum edə bilməyən qadın da ana ola bilər".

C.Dere serialda uşaq istismarına qarşı mübarizənin ön planda olduğunu və bunu gündəmdə saxlamağın vacibliyini vurğulayıb. Aktrisa ana olmaq istəyi barədə sualı da cavablandırıb:

"Ola bilər. Mən qaldığım yerdə "Bir uşağım olmalıdır, mütləq ana olmalıyam" deyə düşünən, bunu arzulayan biri deyiləm. Hisslərim belə işləmir... Əsas ailə ola bilməkdir".

Aktrisa balaca tərəf müqabili Beren Gökyıldızı çox sevdiyini, ondan da çox şey öyrənə bildiyini deyib. C.Dere ən son oxuduğu kitabın serialda onunla birgə çəkilən Vahide Perçinin verdiyi Sezgin Kaymazın "Lucky" kitabının olduğunu deyib. Ən son dinlədiyi musiqi isə bu yaxınlarda dünyasını dəyişən Leonard Kohenin ifasıdır. Baxdığı son film isə "Vecide"dir.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR