Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zaqatalada qanunsuz dini yığıncaq keçirən şəxslər saxlanılıb

Zaqatalada qanunsuz dini yığıncaq keçirən şəxslər saxlanılıb

Date: 28 November 2016 13:02

Bakı. 28 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda qanunsuz dini yığıncaq keçiriən şəxslər saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığıncaq rayonun Əliabad qəsəbə sakini Həmid Şabanova məxsus həyətyani sahədə yerləşən tikilidə keçirilib. 
Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin ünvanda H.Şabanov və həmyerlisi Mehman Ağammədov, Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə, qanunla qadağan olunan dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.
Onlar saxlanılmış, izahatları alınaraq buraxılıblar.
Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və ekspertiza edilməsi üçün DQİDK-a göndərilib.
Faktla bağlı araşdırma aparılır.


Tags:  Zaqatalada qanunsuz dini yığıncaq keçirən şəxslər saxlanılıb

RƏYLƏR


Top news