“Nazirin xanımı” tamaşası təqdim olunub

“Nazirin xanımı” tamaşası təqdim olunub
13:06 28 Noyabr 2016
39 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka), Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov (Ninkoviç), Sabir Məmmədov (Rista), Firuz Xudaverdiyev (müəllim), aktyor Cümşüd Zeynalov (Polis) ifa edir.

Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə rejissor Tofiq Kazımov səhnələşdirib.

Qeyd edək ki, həmin vaxt ikihissəli səhnə əsərinin premyerası 2014-cü il fevralın 5-də keçirilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR